AZ

Evində saxladığı iti yemək üçün görün nə etdi

Rusiyada bir kişi evdə saxladığı iti yemək istəyib.

Söz.az ren.tv-yə istinadən xəbər verir ki, hadisə Kamçatka diyarının Petropavlovsk-Kamçatski şəhərində baş verib.

O, heyvanı ötən ilin noyabrında alıb. Lakin onun məqsədi iti sahiblənmək yox, yemək olub.

Cinayətkar öz qəddar planını həyata keçirməyə başlayıb və iti bıçaqlayıb.

Mənzildən gələn səsi kişinin qonşusu eşidib, dərhal polisə müraciət edib və cinayətin qarşısını alıb. 

Hadisəni törədən şəxs qorxub və sübutlardan xilas olmağa çalışıb. O, bıçağı və iti üçüncü mərtəbənin pəncərəsindən atıb.

Araşdırma zamanı heyvanda ən azı on bıçaq yarasının olduğu ortaya çıxıb. 

İtin həyatını qayğıkeş qonşular və baytarlar xilas ediblər.

Kamçatka diyarının prokurorluğu cinayət işi üzrə ittiham aktı təsdiq edib. 

Seçilən
32
50
soz.az

10Mənbələr