Britaniya və Fransa Ukraynaya qoşun göndərməyi müzakirə edirlər- "The Telegraph" |
"Ukraynada müharibə bitsə, yaxşı olar. Amma bu reallaşsa belə, o zaman biz Ukraynanın təhlükəsiz gələcəyini təmin edəcəyik. Söhbət təhlükəsizlik təminatlarından və Ukraynanın güclü ordunu necə saxlaya biləcəyindən gedir. Ukraynanın güclü ordusunu necə saxlaya və ya onları tərəfdaşlarımızla birlikdə necə təchiz edə bilərik? Biz bunu yaxın gələcəkdə müttəfiqlərimizlə müzakirə edəcəyik”, - kansler deyib.
Rusiya ilə Ukrayna arasındakı genişmiqyaslı müharibə 2022-ci ilin fevralın 24-də başlayıb. Moskva işğal zamanı qoşunları Kiyevə qədər apara bilsə də, sonradan müharibədə üstünlük nisbətən Ukraynanın tərəfinə keçib. Ukrayna qoşunları 2023-cü ilin iyunundan əks-hücum əməliyyatlarına başladılar. Amma bu da uğurlu olmadı. Ötən il isə Kiyev gözlənilmədən Rusiya ərazisinə hücum etdi. Ukrayna qoşunları hazırda Kurskun bir hissəsinə nəzarət edirlər. Son aylarda isə Rusiya yenidən döyüş meydanındakı vəziyyəti öz xeyrinə dəyişə bilib.
Tural Tağıyev
AzVision.az