AZ

Yanğında ölənlərin hamısının şəxsiyyəti müəyyənləşdi - Hotel möhürləndi

Türkiyə Ədliyyə Nazirliyi Boludakı Kartalkaya Xizək Mərkəzində baş verən yanğınla bağlı son vəziyyəti açıqlayıb. 

"Unikal" xəbər verir ki, bu barədə Türkiyə mətbuatı nazirliyə istinadən məlumat yayıb. 

Nazirlikdən verilən açıqlamada ölənlərin sayının 78 olduğu (dünənki rəsmi açıqlamada 79 deyilirdi) vurğulanıb: "Boluda baş verən yanğında ölənlərin hamısının şəxsiyyəti müəyyənləşib. Yanğında həyatını itirənlərin sayı 78 nəfərdir". 

Axtarış işləri tamamlandıqdan sonra faciə baş verən "Grand Kartal" hoteli möhürlənib. 

İstintaqda istifadə oluna biləcək bütün sübutlar qapalı şəraitdə toplanıb. İstintaq növbətçi 6 dövlət ittihamçısı, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və əmlak müfəttişləri tərəfindən davam etdirilir.

Ədliyyə naziri Yılmaz Tunç sosial şəbəkədə istintaq prosesi ilə bağlı paylaşım edib. O, istintaqın böyük həssaslıqla aparıldığını bildirib.

Nazir Bolu Bələdiyyə Başçısının müavini, Xilasetmə İdarəsinin müdiri, müəssisə sahibi, şirkətin baş direktoru və otel müdirinin də olduğu 11 nəfərin istintaq çərçivəsində tutulduğunu açıqlayıb. 

Səhiyyə Nazirliyi yaralılardan 39-nun evə buraxıldığını bildirib. 12 nəfərin isə xəstəxanalarda müalicəsi davam edir.

Ağarza Elçinoğlu

Seçilən
3
50
unikal.az

10Mənbələr