AZ

“AzerGold” QSC-də Türkiyənin Xarici İşlər Nazirliyinin nümayəndə heyəti ilə görüş keçirilib

Bakı. Trend:

Yanvarın 22-də “AzerGold” QSC-nin İdarə Heyətinin sədri Zakirİbrahimov ölkəmizdə səfərdə olan Türkiyənin Xarici İşlərNazirliyinin Qərbi və Mərkəzi Afrika Baş idarəsinin rəisi ŞebnemCenkin başçılıq etdiyi nümayəndə heyəti ilə görüşüb.

“AzerGold” QSC ilə Türkiyənin dövlət və özəl dağ-mədənşirkətləri arasında Afrika qitəsində birgə əməkdaşlıq imkanlarınınmüzakirəsi məqsədilə təşkil edilən görüşdə Zakir İbrahimov“AzerGold” QSC-nin fəaliyyət sahələri üzrə əldə etdiyinailiyyətlər, Səhmdar Cəmiyyətinin strateji planları və dağ-mədənsektorunun inkişafı istiqamətində görülən işlər haqqındadanışıb.

“AzerGold” QSC-nin qardaş ölkənin aidiyyəti dövlət qurumları,eləcə də özəl şirkətlərlə uğurlu əməkdaşlıq təcrübəsinin olduğunubildirən İdarə Heyətinin sədri Afrika və Orta Asiya ölkələrindədağ-mədən layihələrinin icrasının QSC-nin strateji planlarına daxilolduğunu, bu istiqamətdə Keniya, Konqo Respublikası, Niger, Mali,Burkina-Faso, Qvineya-Bisau kimi Afrika ölkələrinin müvafiqqurumları ilə çoxsaylı rəsmi və işgüzar görüşlərin keçirildiyiniqeyd edib.

Zakir İbrahimov QSC-nin mineral resurslarla zəngin olan Afrikaqitəsində Türkiyə şirkətləri ilə ortaq layihələrin icrasında damaraqlı olduğunu, həm geoloji kəşfiyyat, həm də əlvan və qarametalların hasilatı istiqamətində birgə əməkdaşlığın qurulmasınamüsbət yanaşıldığını diqqətə çatdırıb.

Türkiyənin Seneqal, Liberiya, Əlcəzair, Niger və digər ölkələrdədağ-mədən sahəsi üzrə fəaliyyət göstərdiyini qeyd edən Şebnem CenkAfrika ölkələrinin potensialı nəzərə alınaraq, bütün sahələrdəyüksələn xətlə inkişaf edən Türkiyə-Azərbaycan münasibətlərininsözügedən qitədə yeni əməkdaşlıqların qurulması baxımından dafaydalı olacağına, bu əməkdaşlıqdan həm Türkiyə və Azərbaycanın,həm də Afrika ölkələrinin iqtisadi fayda əldə edəcəyinə əminliyiniifadə edib.

Görüşün yekunu olaraq “AzerGold” QSC və Türkiyənin dövlət vəözəl şirkətləri arasında Afrika qitəsində ortaq layihələrin həyatakeçirilməsi məqsədi ilə əməkdaşlığın konkret istiqamətlərininmüəyyənləşdirilməsi üçün məsləhətləşmələrin aparılması barədərazılıq əldə edilib.

Məqalədə:
Seçilən
27
50
az.trend.az

10Mənbələr