AZ

Dilarədən paylaşım: “Səhnəmizin gül-çiçəyi Toppuş bacı...”

Bu gün Əməkdar artist Tünzalə Əliyevanın vəfat günüdür.

Yenisabah.az xəbər verir ki, Əməkdar artist Dilarə Əliyeva bununla bağlı paylaşım edib:

“Mənim əziz dostum, səhnəmizin gül-çiçəyi Toppuş bacı artıq 2 ildir ki, aramızda yoxdur. Onun yoxluğu nəinki sənət aləmində, həm də ürəklərdə dərin bir boşluq buraxıb. O, insanlara sevgi bəxş edən, səhnəyə həyat gətirən bir mələk idi. Hər zaman qəlbimizdə yaşayacaq və işıqlı xatirələri ilə bizi təbəssümlə yad edəcək. Ruhun şad olsun, əziz Tünzalə”.


Telegram kanalımız
Seçilən
23
16
yenisabah.az

10Mənbələr