AZ

İnsan alverinə qarşı mübarizədə hansı maarifləndirmə üsulları hazırlanacaq? QHT sədrindən AÇIQLAMA

İnsan Alverinə Qarşı Mübarizə üzrə QHT Koalisiyasının üzvü, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyinin sədri Zülfiyyə Nuriyeva QHT.az-a açıqlamasında koalisiyanın bu il üçün təsdiqlənmiş yeni fəaliyyət planı haqqında məlumat verib.

Zülfiyyə Nuriyevanın sözlərinə görə, təşkilat 2018-ci ildən koalisiyanın üzvüdür və bu il çərçivəsində bir çox məsələlər müzakirə olunaraq hər bir təşkilat öz istiqaməti üzrə qruplara daxil edilib. “Mən də maarifləndirmə və monitorinq qrupundayam. Təşkilat olaraq bu il maarifləndirmənin yeni modellərini və üsullarını hazırlayacağıq ki, bu da məlumatların insanlara daha əlçatan və qavrayıcı formada çatdırılmasını təmin edəcək,” – deyə Nuriyeva bildirib.

Eyni zamanda, “Sosial-İqtisadi və Kənd Təsərrüfatının İnkişafına Dəstək” İctimai Birliyi Koalisiyanın Nəzarət Təftiş Komissiyasının da üzvüdür. Zülfiyyə Nuriyeva qeyd edib ki, təşkilat həm maarifləndirmə, həm də monitorinq qruplarında aktiv fəaliyyət göstərəcək və insan alverinə qarşı mübarizə istiqamətində öz töhfəsini verməyə davam edəcək.

 

İnsan Bu yazı QHT.az platforması və İnsan Alverinə Qarşı Mübarizə Üzrə QHT Koalisiyasının birgə əməkdaşlığı ilə “Ölkələrdə Milli Səviyyədə İnsan Alveri Probleminin Qarşısının Alınması Aylığı”çərçivəsində hazırlanıb.

 

Pərvanə Fərhadqızı

Seçilən
19
31
qht.az

10Mənbələr