ABŞ Prezidenti Donald Tramp Meksika sərhədinə təxminən 10 min hərbçi göndərməyi planlaşdırır.
“Yeni Azərbaycan" xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti Gömrük və Sərhəd Xidmətinin sənədlərinə istinadən bildirib.
“Prezident Donald Tramp cənub sərhədinə təxminən 10 min əsgər göndərməyə hazırlaşır”, – nəşr qeyd edib. Qəzet iddia edib ki, sərhəddə hərbi mövcudluğun artırılması bir neçə mərhələdə həyata keçiriləcək. Birinci mərhələdə təxminən 1 000 hərbçi nəzərdə tutulur.
Qeyd edək ki, ABŞ-nin müvəqqəti müdafiə naziri Robert Salesses elan edib ki, silahlı qüvvələr qanunsuz miqrasiya ilə mübarizə üçün Meksika ilə sərhədin qərb hissəsinə əlavə olaraq 1,5 min hərbçi, helikopterlər və hərbi kəşfiyyat bölmələri göndərəcək.
Havar Şəfiyeva