AZ

Bağırsaq xərçənginin qarşısının alınmasında açar rolunu oynayan 9 qida

Bağırsaq xərçənginin qarşısının alınmasında

Kolon xərçənginin qarşısını almaq üçün sağlam qidalanma, xüsusilə də liflə zəngin qidaların istehlakı mühüm rol oynayır.

Emlakbazari.az

E-saglam.az xarici mediaya istinadən xəbər verir ki, araşdırmalar göstərir ki, aşağı lifli pəhriz kolon xərçəngi riskini artıra bilər, çünki lif həzm sistemini tənzimləyir və bədəndən toksinlərin çıxarılmasına kömək edir.

Mütəxəssislərin tövsiyə etdiyi yüksək lif tərkibli qidalar bunlardır:

Yulaf: Həll olunmayan liflə zəngin olan yulaf bağırsaq hərəkətlərini tənzimləyir.

Noxud və lobya: Hər ikisi lif tərkibini artırmaq üçün yeməklərə asanlıqla əlavə edilə bilər.

Quru gavalı: Həzm sistemindəki suyu bağlayaraq qəbizliyi aradan qaldırır.

Moruq: Meyvələr arasında ən çox lifə malikdir.

Qara lobya: Tərkibindəki antosiyaninlər ürək sağlamlığına da faydalıdır.

Badam və çia toxumu: Həm qəlyanaltı, həm də yeməklər üçün əla seçimdir.

Avokado və şirin kartof: Həm lif, həm də sağlam yağlarla zəngindir.

Bu qidaların pəhrizə daxil edilməsi bağırsaq sağlamlığını yaxşılaşdırır, mikrobiomun müxtəlifliyini artırır və kolon xərçəngi riskini azalda bilər. Müxtəlif qidaları balanslı şəkildə istehlak etmək tövsiyə olunur.

Tərcümə: Könül Oruc

E-saglam.az


Seçilən
40
33
e-saglam.az

10Mənbələr