AZ

Aİ-nin öz ordusuna ehtiyacı yoxdur – Kallas


Təşkilata üzv 27 ölkə Şimali Atlantika Alyansına (NATO) daxil olduğu üçün Avropa İttifaqının (Aİ) öz ordusuna ehtiyacı yoxdur.
Yeniavaz.com
xəbər verir ki, bunu Aİ diplomatik xidmətinin rəhbəri Kaya Kallas Anadolu Agentliyinə bildirib.
Onun fikrincə, NATO və Aİ sıx əməkdaşlıq etməlidir.
“Biz NATO-nun onsuz da etdiklərini təkrarlamamalıyıq. Aİ-də 27 ordumuz var və onların hamısı birlikdə əməkdaşlıq etdiyimiz kollektiv müdafiəyə töhfə verməlidir. Hər bir ölkənin müdafiə planlaması və müdafiə büdcəsi var. Ona görə də. biz Avropa ordusuna ehtiyacımız olduğunu deyə bilmərik. Lakin NATO və Aİ-yə gəldikdə bu 27 Aİ üzvünün birlikdə çox yaxşı əməkdaşlıq etməsinə ehtiyacımız var”.
Seçilən
21
33
yeniavaz.com

10Mənbələr