AZ

NATO: Putinin qalib gəlməsinə imkan verə bilmərik

NATO-nun baş katibi Rutte Rusiya-Ukrayna müharibəsində Ukraynaya dəstəyi artırmalı olduqlarını ifadə edərək, “Rusiya, Şimali Koreya və Çinin qalib gəlməsinə imkan verə bilmərik” deyib.

Turkustan.az xəbər verir ki, Rutte üzv ölkələri NATO xərclərini artırmağa çağırıb.

Davosda keçirilən Dünya İqtisadi Forumunda Ukrayna məsələsinin müzakirə edildiyi tədbirdə çıxış edən Rutte, "Ukraynaya dəstəyimizi həqiqətən artırmalıyıq" deyib. Bununla belə, Rutte vurğulayıb ki, Ukraynanın cəbhə xətti yanlış istiqamətdə hərəkət edir.

NATO-ya üzv ölkələrin müdafiə xərclərini artırma ehtiyacı ilə bağlı "həqiqətən böhran vəziyyətində olduqlarını" ifadə edən Rutte, üzv ölkələrin minimum xərcləmə limiti olan 2 faizdən daha çox xərcləmələr gözlədiyini ifadə edib.

Aytən Yaşar/ Turkustan.az

Seçilən
38
50
turkustan.az

10Mənbələr