AZ

Ötən il Azərbaycana əhali tərəfindən 2 mlrd. dollara yaxın məhsul idxal edilib

Ötən il Azərbaycanın ümumi məhsul ixracı 26.5 milyard ABŞ dolları, idxalı isə 21 milyard 58 milyon ABŞ dolları təşkil edib

Dövlət Gömrük Komitəsi xəbər verir ki, ixrac olunan malların çeşidlərinin sayı 3 444 ədəd, idxal olunan malların çeşidlərinin sayı isə 7 774 ədəd təşkil edib.

2024-cü ildə ixrac əməliyyatlarının 51.57%-i ( 13 milyard 693.8 milyon ABŞ dolları) özəl sektor, 47.8%-i ( 12 milyard 693.9 milyon ABŞ dolları) dövlət sektoru, 0.63%-i ( 166,3 milyon ABŞ dolları) isə fiziki şəxslər tərəfindən reallaşdırılıb.

Ötən il idxal əməliyyatlarının 60.6%-i ( 12 milyard 761.9 milyon ABŞ dolları) özəl sektorun, 29.98%-i ( 6 milyard 314.2 milyon ABŞ dolları) dövlət sektorunun, 9.42%-i ( 1 milyard 981.8 milyon ABŞ dolları) isə fiziki şəxslərin payına düşüb.

Ən sərfəli kredit üçün müraciət et

Seçilən
11
44
banco.az

10Mənbələr