İmişli rayon Ağsaqqallar Şurasının sədri Saleh Səmədov və şuranın idarə heyətinin üzvləri tanınmış iş adamı, "Azərsun Holding”in prezidenti Abdulbari Gozalin vəfat etməsindən kədərləndiklərini bildirir, mərhumun ailəsinə, əzizlərinə dərin hüzünlə başsağlığı verir.
Məlum olduğu kimi, Abdulbari Gozal Azərbaycan iqtisadiyyatının inkişafına verdiyi mühüm töhfələrə görə ölkə başçısı tərəfindən "Şöhrət" ordeni, "Tərəqqi" medalı, onlarla yerli və qlobal mükafatla təltif edilən xeyriyyəçi iş adamı, "Azərsun Holdinq"in qurucusu idi.
Rayon ağsaqqallar şurasının üzvləri bu gün mərhumun yas mərasimində iştirak etmişdir.
Allah rəhmət etsin!
Saleh Səmədov,
İmişli rayon Ağsaqqallar Şurasının sədri