“Tramp Meksika sərhədinə 10 min əsgər göndərməyə hazırlaşır” – WP
“ABŞ Prezidenti Donald Tramp Meksika ilə sərhədə 10 minə yaxın hərbçi yerləşdirməyi planlaşdırır”.
Yeniavaz.com xəbər verir ki, bu barədə çərşənbə günü “Washington Post” qəzeti Gömrük və Sərhəd Mühafizəsinin sənədlərinə istinadən məlumat yayıb.
Qəzetin məlumatına görə, sərhəddə hərbi mövcudluğun artırılmasının bir neçə mərhələdə həyata keçirilməsi planlaşdırılır. Birinci mərhələdə söhbət 1 minə yaxın hərbçidən gedir.