Taylandda eynicinslilərin nikahına icazə verən qanun qüvvəyə minib.
News24.az söz.az-a istinadən xəbər verir ki, bu, Cənub-Şərqi Asiyada eynicinslilərin nikahına icazə verən ilk ölkə olub.
Qanunvericiliyə dəyişiklik edən müvafiq kral fərmanı 2024-cü ilin sentyabrında dərc edilib və rəsmi olaraq yanvarın 23-də qüvvəyə minib.
Bu qanun mülki məcəllənin həm nikah, həm də boşanma, habelə ər-arvadın ümumi əmlakına sahiblik və sərəncam vermə məsələlərini tənzimləyən maddələri ilə bağlı bir sıra dəyişiklikləri nəzərdə tutur.
Dəyişikliklər nəticəsində qüvvədə olan normativ xarakterli aktın mətnindəki “kişi” və “qadın” sözləri “birinci tərəf” və “ikinci tərəf” kimi düzəldilib.