AZ

Tramp yenidən sanksiyaları Rusiyaya təzyiq etmək üsulu adlandırıb

ABŞ prezidenti Donald Tramp Rusiyaya qarşı sanksiyalar tətbiq etmək istəmədiyini, lakin Rusiya rəhbərliyinin Ukraynadakı münaqişəni tez bir zamanda həll etmədiyi təqdirdə bunu edəcəyini bildirib...

Poliqon xəbər verir ki, o, bu barədə Fox News telekanalında bildirib.

“Əgər bu müharibəni tezliklə və dərhal həll etməsələr, mən Rusiyaya böyük tariflər, böyük vergilər, eləcə də böyük sanksiyalar tətbiq edəcəyəm. Və mən bunu etmək istəmirəm”, Tramp deyir.

O, təkrar edib ki, rus xalqını sevir və onlara pislik arzulamır.

ABŞ prezidenti qeyd edib ki, Kiyev artıq sülh sazişi bağlamağa hazırdır və Moskva dialoqdan imtina edərsə, yeni sanksiyalarla üzləşə bilər.

Eyni zamanda Tramp sülh nizamlanmasında Pekinin dəstəyinə ümid edərək Rusiya və Çinə nüvə arsenallarını azaltmağı təklif edib.

Qeyd edək ki, bundan əvvəl Donald Tramp demişdi ki, Vladimir Zelenski Rusiya ilə münaqişəyə yol verməməli idi.

Poliqon.info

Seçilən
21
50
poliqon.info

10Mənbələr