İranın nüvə silahı əldə etməsi fəlakətə gətirib çıxaracaq.
Yenisabah.az Fox News-a istinadla xəbər verir ki, bunu ABŞ prezidenti Donald Tramp deyib.
“Onların (İran - red.) nüvə silahı ola bilməz. Əgər onlar bunu əldə etsələr, o zaman hamı onu əldə edəcək, sonra isə bu, fəlakət olacaq”, – deyə Tramp vurğulayıb.
Xatıraladaq ki, yanvarın ortalarında İran prezidenti Məsud Pezeşkian NBC News telekanalına müsahibəsində deyib ki, Tehran nüvə silahı yaratmaq məqsədini güdmür.
Telegram kanalımız