AZ

Ağ Ev: Tarixdə ən böyük kütləvi deportasiya əməliyyatı tam gücü ilə davam edir

ABŞ-də miqrasiya ilə mübarizə üzrə genişmiqyaslı əməliyyat çərçivəsində terrorda şübhəli bilinən şəxs də daxil olmaqla 538 qanunsuz miqrant saxlanılıb və yüzlərlə miqrant deportasiya edilib.

“Report” xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt sosial şəbəkələrdə məlumat verib.

"Qanunsuz miqrantlar arasında cinayətkarlar, o cümlədən terrorda şübhəli bilinən şəxslər saxlanılıb. Həmçinin yüzlərlə cinayətkar deportasiya edilib. Tarixdə ən böyük kütləvi deportasiya əməliyyatı tam gücü ilə davam edir", - o bildirib.

Mətbuat katibi miqrantların hara deportasiya edildiyini açıqlamayıb.

Seçilən
13
50
report.az

10Mənbələr