AZ

Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görə inzibati məsuliyyət dəyişir

Bakı. Trend:

Dövlət satınalmaları haqqında qanunvericiliyin pozulmasına görəinzibati məsuliyyət dəyişir.

Trendxəbər verir ki, bu, Milli Məclisin Hüquq siyasəti və dövlətquruculuğu komitəsinin bu gün keçirilən iclasında müzakirəyəçıxarılan Cinayət Məcəlləsi və İnzibati Xətalar Məcəlləsinə təklifolunan dəyişiklikdə əksini tapıb.

Layihəyə əsasən, "Dövlət satınalmaları haqqında" qanunun yolverdiyi hallar istisna olmaqla, satınalan təşkilat tərəfindənsatınalma prosedurları keçirilmədən, habelə nəzarət orqanınınrazılığı tələb olunan satınalma metodlarını belə razılıq olmadantətbiq etməklə və ya keçirilmiş satınalmanın nəticələri haqqındayekun protokol nəzarət orqanı tərəfindən təsdiq edilmədənbağlanılmış müqavilələr əsasında maliyyə vəsaitlərininxərclənməsinə görə vəzifəli şəxslər 4 min manatdan 6 min manatadəkməbləğdə cərimə ediləcək.

Satınalan təşkilat tərəfindən ərzaq məhsullarının (dövlətehtiyacları üçün alınan ərzaq məhsulları istisna olmaqla)mərkəzləşdirilmiş qaydada dövlət büdcəsinin vəsaitləri hesabınasatın alınmasının, habelə müdafiə və ya dövlət təhlükəsizlikehtiyacları ilə bağlı satınalmaların müvafiq icra hakimiyyətiorqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyən edilmişsatınalma prosedurları keçirilmədən baş tutmasına görə vəzifəlişəxslər 6 min manatdan səkkiz min manatadək məbləğdə cəriməediləcək.

Müşahidə şurasının (direktorlar şurasının) tərkibi müvafiq icrahakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən və yamüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanla (qurumla)razılaşdırılmaqla təsdiq edilən kommersiya hüquqi şəxsləritərəfindən "Dövlət satınalmaları haqqında" qanun ilə müəyyənedilmiş məlumatların və elanların özlərinin rəsmi internetsəhifələrində yerləşdirilməməsinə görə vəzifəli şəxslər üç minmanatdan dörd min manatadək məbləğdə cərimə ediləcək.

"Dövlət satınalmaları haqqında" qanunun yol verdiyi hallaristisna olmaqla, açıq tender və ya ikimərhələli tenderdən yayınmaqvə (və ya) təchizatçılar arasında rəqabəti məhdudlaşdırmaqməqsədilə eyni xüsusiyyətli (xarakterli, növlü, tipli) və yamüvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)tərəfindən müəyyən edilmiş satınalma predmetlərinin təsnifatkodları üzrə eyni sinifdə olan oxşar satınalma predmetininayrı-ayrı hissələrə (müqavilələrə) bölünməsinə görə vəzifəlişəxslər 2 min manatdan 4 min manatadək məbləğdə cəriməediləcək.

"Dövlət satınalmaları haqqında" qanunun yol verdiyi hallaristisna olmaqla, satınalma komissiyası tərəfindən təchizatçılarınsatınalmalarda iştirakının məhdudlaşdırılmasına, habelə onlararasında ayrı-seçkilik yaradan tələblərin, meyarların vəprosedurların müəyyənləşdirilməsinə görə vəzifəli şəxslər üç minmanatdan beş min manatadək məbləğdə cərimə ediləcək. "Dövlətsatınalmaları haqqında" qanunun yol verdiyi hallar istisna olmaqla,hemin Qanunda müəyyən edilən maraqlar toqquşması ilə bağlıtələblərə cavab verməyən təchizatçı ilə satınalma müqaviləsibağlanılaraq maliyyə vəsaitlərinin xərclənməsinə görə vəzifəlişəxslər dörd min manatdan altı min manatadək məbləğdə cəriməolunacaq.

"Dövlət satınalmaları haqqında" Azərbaycan RespublikasınınQanunu ilə müəyyən olunmuş müddətlərdə:

- satınalan təşkilatın qalib təchizatçının təklifini akseptetməməsinə və ya satınalma müqaviləsini imzalamamasına;
- satınalan təşkilat tərəfindən satınalma müqaviləsi üzrəödəmələrin (o cümlədən avans ödənişinin) aparılmamasına;
- satınalan təşkilat tərəfindən təchizatçıların şikayətlərinin vəmüraciətlərinin araşdırılaraq müvafiq qərarın qəbul edilməməsinə vəhəmin qərarın şikayət edən və ya müraciət edən təchizatçıyagöndərilməməsinə görə vəzifəli şəxslər üç min manatdan dörd minmanatadək məbləğdə cərimələnəcək.

Satınalma müqaviləsinin icrasına başlanılması üçün müvafiqdövlət orqanlarından (qurumlarından) razılıq (müvafiq sahibkarlıqfəaliyyəti növünün həyata keçirilməsi və ya sahibkarlıqfəaliyyətinin həyata keçirilməsi ilə bağlı müəyyən hərəkətlərinyerinə yetirilməsi üçün "Lisenziyalar və icazələr haqqında" qanundanəzərdə tutulan icazələr istisna olmaqla) alınması tələb olunduğutəqdirdə, satınalan təşkilat tərəfindən belə icazələrin müqaviləimzalanana qədər əldə olunmasının təmin edilməməsinə görə vəzifəlişəxslər dörd min manatdan beş min manatadək məbləğdə cəriməediləcək. Nəzarət orqanının satınalma predmetine (onun icrasına)baxış keçirə bilməsi üçün satınalan təşkilat tərəfindən lazımişərait yaradılmamasına görə vəzifəli şəxslər altı min manatdansəkkiz min manatadək məbləğdə cərimələnəcək.

Satınalmaların həyata keçirilməsi zamanı satınalan təşkilattərəfindən nəzarət orqanının qanuni tələblərinin və ya qərarlarınınyerinə yetirilməməsinə görə vəzifəli şəxslər min beş yüz manatdaniki min manatadək məbləğdə cərimə olunacaq.

Göstərilən əməllər Cinayət Məcəlləsinin müvafiq maddələrinəəsasən cinayət məsuliyyətinə səbəb olmadıqda tətbiq ediləcək.

Qüvvədə olan qanunvericiliyə əsasən, satınalma metodlarınıntətbiqi şərtlərinin pozulmasına, yəni:

- satınalan təşkilat tərəfindən satınalma prosedurlarıkeçirilmədən bağlanılmış müqavilələr əsasında dövlət vəsaitlərininxərclənməsinə;

- satınalan təşkilat tərəfindən malların (işlərin vəxidmətlərin) satın alınmasının “Dövlət satınalmaları haqqında”Azərbaycan Respublikasının Qanununa uyğun olaraq açıq tender üsuluilə və ya açıq tender üsulunu tətbiq etməklə elektron satınalmavasitəsilə həyata keçirilməli olduğu halda, digər satınalmametodlarından (vasitəsindən) qanunsuz istifadə etmə ilə həyatakeçirilməsinə;
- satınalan təşkilat tərəfindən hər hansı digər satınalmametodlarından istifadə etmək üçün məbləğ məhdudiyyətini aradanqaldırmaq məqsədi ilə bir büdcə ili ərzində müvafiq xərc maddəsindənəzərdə tutulmuş vəsait hesabına malların (işlərin və xidmətlərin)satın alınmasının ayrı-ayrı müqavilələrə bölünməsinə;
- satınalan təşkilatdan hüquqi, maliyyə və ya təşkilati asılılığıolan malgöndərənlərin (podratçıların) həmin təşkilat tərəfindənkeçirilən satınalma prosedurlarında iştirakına yol verilməsinə;
- satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi,məsləhətçisi və satınalmalarla əlaqədar digər vəzifələrin icraçısıbarədə “Dövlət satınalmaları haqqında” Azərbaycan RespublikasınınQanunu ilə müəyyən edilmiş məhdudiyyətlərə əməl olunmamasına görəvəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdə cəriməedilir.

“Dövlət satınalmaları haqqında” qanunda nəzərdə tutulmuş əsaslarolmadan satınalan təşkilat tərəfindən tender təklifininkənarlaşdırılmasına və ya həmin Qanunun tələblərinin pozulması ilətender təklifinin qalib elan edilməsinə görə vəzifəli şəxslər üçmin manatdan altı min manatadək məbləğdə cərimə edilir.

Malgöndərənlərin (podratçıların) ixtisası ilə bağlı müəyyənedilmiş tələblərin pozulmasına, yəni:

- satınalan təşkilat tərəfindən malgöndərənin (podratçının)ixtisasına dair “Dövlət satınalmaları haqqında” qanunda nəzərdətutulmayan tələblərin irəli sürülməsinə;
- ixtisas göstəriciləri “Dövlət satınalmaları haqqında” qanundanəzərdə tutulmuş meyarlara uyğun gəlməyən malgöndərənə (podratçıya)satınalan təşkilat tərəfindən dəvətlərin göndərilməsi və ya butəşkilatlarla müqavilələrin bağlanılmasına görə vəzifəli şəxsləriki min manatdan üç min manatadək məbləğdə cərimə edilir.

Satınalmaların təşkili və tender prosedurları ilə bağlıqaydaların pozulmasına, yəni:

- satınalan təşkilat tərəfindən tender elanının (dəvətin)məzmununun və tenderin əsas şərtlər toplusunun “Dövlətsatınalmaları haqqında” Azərbaycan Respublikasının Qanunu iləmüəyyən edilmiş tələblərə uyğun tərtib edilməməsinə;
- dövlət satınalmaları üzrə tenderlər, təkliflər sorğusu vəkotirovka sorğusu barədə elanlar və onların nəticələri, habelətender nəticəsində bağlanılmış satınalma müqaviləsi barədəməlumatların “Dövlət satınalmaları haqqında” qanun ilə müəyyənedilmiş müddətlərdə dövlət satınalmalarının rəsmi internet saytındayerləşdirilməməsinə və ya yanlış məlumatların yerləşdirilməsinə,habelə həmin qanunda satınalmaların təşkili və tender prosedurlarıilə bağlı nəzərdə tutulmuş müddətlərlə əlaqədar tələblərə riayətedilməməsinə;
- satınalmalarda iddiaçı kimi çıxış edən malgöndərəndən(podratçıdan) “Dövlət satınalmaları haqqında” qanunda nəzərdətutulmuş qaydada maliyyə vəziyyəti barədə sənədlərin və tendertəklifinin təminatının satınalan təşkilat tərəfindənalınmamasına;
- satınalan təşkilat tərəfindən tender və xidmət təkliflərininqiymətləndirilməsi və müqayisəsi zamanı tenderin əsas şərtlərtoplusunda və xidmət təklifləri sorğusunda nəzərdə tutulmuştələblərə cavab verən yerli mallar (işlər və ya xidmətlər) üzrətender və ya xidmət təkliflərinin xeyrinə “Dövlət satınalmalarıhaqqında” qanuna uyğun güzəştli düzəlişin edilməməsinə;
- satın alınacaq malların (işlərin və xidmətlərin) ehtimal olunanqiymətinin tender zərflərinin açıldığı günədək satınalan təşkilattərəfindən məxfi saxlanılmamasına görə vəzifəli şəxslər min beş yüzmanatdan iki min manatadək məbləğdə cərimə edilir.

Malgöndərən (podratçı) tərəfindən dövlət satınalmaprosedurlarında iştirak üçün satınalan təşkilata maliyyə vəziyyətibarədə yanlış məlumatın təqdim edilməsinə görə vəzifəli şəxslər ikimin manatdan üç min manatadək məbləğdə, hüquqi şəxslər altı minmanatdan səkkiz min manatadək məbləğdə cərimə edilir. Satınalantəşkilat tərəfindən malların (işlərin və xidmətlərin) satınalınmasının “Dövlət satınalmaları haqqında” AzərbaycanRespublikasının Qanununa uyğun olaraq yalnız mikro, kiçik və ortasahibkarlıq subyektlərinin iştirakı ilə həyata keçirilməli olduğuhalda, digər sahibkarlıq subyektlərinin iştirakı ilə həyatakeçirilməsinə görə vəzifəli şəxslər iki min manatdan üç minmanatadək məbləğdə cərimə edilir. Satınalan təşkilat tərəfindən“Dövlət satınalmaları haqqında” qanunda satınalma müqaviləsi üzrəödəmələrlə bağlı tələblərin pozulmasına, yəni satınalma müqaviləsiüzrə ödəmələrin tenderin əsas şərtlər toplusunda və satınalmamüqaviləsinin xüsusi şərtlərində müəyyənləşdirilmiş qaydada,məbləğdə və müddətdə həyata keçirilməməsinə, o cümlədən satınalmamüqaviləsinin icrası tam başa çatdıqdan (texniki təminat müddətidaxil olmaqla) və bunu təsdiq edən sənədlər tərtib olunduqdan sonraödənilməli məbləğin satınalma müqaviləsində müəyyən olunmuşmüddətdə ödənilməməsinə, habelə ödənişin gecikdirilməsinə görəsatınalma müqaviləsində müəyyən olunmuş məbləğdə hesablanmışfaizlərin əsassız olaraq malgöndərənə (podratçıya) ödənilməməsinəgörə vəzifəli şəxslər üç min manatdan altı min manatadək məbləğdəcərimə edilir.

Qüvvədə olan qanunvericiliyə əsasən, göstərilən əməllər CinayətMəcəlləsinin müvafiq maddələrinə əsasən cinayət məsuliyyətinə səbəbolmadıqda tətbiq edilir.

Seçilən
17
24
az.trend.az

10Mənbələr