AZ

Müstəmləkəçilikdən əziyyət çəkən regionlarda baş verən hər bir hadisə kütləvi insan haqları pozuntuları ilə müşayiət olunur - BTQ

Bakı. Trend:

Müstəmləkəçilikdən əziyyət çəkən regionlarda baş verən hər birhadisə kütləvi insan haqları pozuntuları ilə müşayiət olunur.

Trend xəbərverir ki, bunu Bakı Təşəbbüs Qrupunun (BTQ) icraçı direktoru AbbasAbbasov Beynəlxalq Dekolonizasiya Cəbhəsinin qurultayında çıxışedərkən deyib.

"Beynəlxalq Dekolonizasiya Cəbhəsinin Qurultayında çıxış etməkmənim üçün şərəf və imtiyazdır.

Qurultayın Kanakidə keçirilməsi simvolik əhəmiyyətə malikdir.2024-cü ildə bütün dünya Kanakidə baş verən faciəvi və ədalətsizhadisələrin şahidi olmuşdur. Fransa hakimiyyəti Kanak xalqının dincetirazlarını zorakılıqla yatırmiş və bu qəddar basqılar, o cümlədən13 günahsız insanın həyatını itirməsi və 200-dən çox insanınyaralanması müstəmləkəçiliyin aradan qaldırılması məsələsində dünyaictimaiyyətinin təcili müdaxiləsinə və həmrəyliyinə ehtiyacınolduğunu bir daha göstərmişdir.

Mən fəxrlə xatırlatmaq istəyirəm ki, Azərbaycan RespublikasınınPrezidenti Zati-aliləri cənab İlham Əliyev Kanak xalqına qarşıtörədilmiş cinayətləri açıq şəkildə pisləmiş və müstəmləkə altındaolan regionlara dəstəyini ifadə etmişdir. Bundan əlavə, BakıTəşəbbüs Qrupu tərəfindən dərhal beynəlxalq təşkilatlarınrəhbərlərinə məktublar ünvanlamış və Kanak xalqına qarşı törədilənvəhşiliklər dünya ictimaiyyətinə çatdırmışdır. Birgə səylərimiznəticəsində dünya ictimaiyyəti qısa müddət ərzində buvəhşiliklərdən xəbərdar olmuşdur.

Müstəmləkəçilikdən əziyyət çəkən regionlarda baş verən hər birhadisə kütləvi insan haqları pozuntuları ilə müşayiət olunur", - obildirib.

Onun sözlərinə görə, sistemli təzyiqləri aradan qaldırmaq vəədaləti bərpa etmək üçün beynəlxalq töhfələrə ehtiyacımız vardır.Azadlığa nail olmaq o qədər də asan deyil və fədakarlıq tələbedir

"Bakı Təşəbbüs Qrupunun Beynəlxalq Dekolonizasiya Cəbhəsininyaradılması və sonrakı fəaliyyətə göstərdiyi dəstəyi vurğulamaqdanböyük qürur duyuram.

Bu Cəbhə həmrəyliyin gücünü nümayiş etdirən bir nümunə, eləcə dədialoq, fəaliyyət və birgə missiyamızın gücləndirilməsi üçünplatformadır. Bugünkü Konqres müstəmləkəçiliyin nəticələrini,neokolonializmə qarşı mübarizəni, qlobal çağırışları və əlbəttə ki,mümkün həll yollarını müzakirə etmək üçün qiymətli bir fürsətdir.Əminəm ki, bu tədbirdəki müzakirələr müstəmləkəçiliyə qarşımübarizədə birgə səylərin səfərbər olunmasına töhfə verəcəkdir.

Biz mübarizəmizi davam etdiririk, mübarizəmiz yalnız bu gün üçündeyil, gələcək nəsillər naminədir. Çünki bizim fəaliyyətimizinmirasını onlara keçəcəkdir. Biz yalnız ədalət və bərabərlik uğrundabirgə mübarizəmizdə deyil, eyni zamanda bütün xalqların ləyaqətinintanınmasına sarsılmaz bağlılıq məsələsində də birləşməyə davametməliyik. Qoy, bu Qurultay hər birimiz üçün fəaliyyət çağırışıolsun – bizi müstəmləkə hökmranlığından azad, bütün xalqların özgələcəklərini müəyyənləşdirmək gücündə olduğu bir dünya naminəmübarizəni davam etdirməyə dəvət etsin", - o bildirib.

Məqalədə:
Seçilən
23
26
az.trend.az

10Mənbələr