ABŞ-də miqrasiya ilə mübarizə üzrə genişmiqyaslı əməliyyat çərçivəsində terrorda şübhəli bilinən şəxs də daxil olmaqla 538 qanunsuz miqrant saxlanılıb və yüzlərlə miqrant deportasiya edilib.
“Yeni Azərbaycan" xarici mətbuata istinadən xəbər verir ki, bu barədə Ağ Evin mətbuat katibi Karolin Levitt sosial şəbəkələrdə məlumat verib.
"Qanunsuz miqrantlar arasında cinayətkarlar, o cümlədən terrorda şübhəli bilinən şəxslər saxlanılıb. Həmçinin yüzlərlə cinayətkar deportasiya edilib. Tarixdə ən böyük kütləvi deportasiya əməliyyatı tam gücü ilə davam edir", - o qeyd edib.
Qeyd edək ki, mətbuat katibi miqrantların hara deportasiya edildiyini açıqlamayıb.
Havar Şəfiyeva