Misli Premyer Liqasının XX turunun açılış oyununda "Zirə" "Şamaxı"ya qalib gəlib.
Ölkə.az-ın "Report"a istinadən məlumatına görə, Şamaxı şəhər stadionunda baş tutan görüşdə hesabı ev sahibləri açıb.
38-ci dəqiqədə Brahim Konate diqqət mərkəzinə düşüb. Failə ərəfəsində qonaqlar hesaba tarazlıq gətiriblər. 45+2-ci dəqiqədə Ruan Renato dəqiq zərbə müəllifi olub. "Qartallar"ın qələbə qoluna isə Salifu Suma imza atıb. 49-cu dəqiqədə bölgə təmsilçisinin qapısına yol tapan futbolçu komandasına 2:1 hesablı qələbə qazandırıb.
Hazırda Bakı klubu turnir cədvəlində 36 xalla üçüncü pillədə qərarlaşıb. Səkkizinci yerdə olan "Şamaxı" isə 17 xala malikdir.
Qeyd edək ki, turun digər oyunları yanvarın 25-də və 26-da keçiriləcək.