AZ

Ukrayna üçün sülh PLANI: Hansı tərəf güzəştə gedəcək? - VİDEO

"ABŞ-ın prezidenti Donald Tramp hələ prezident seçilməmişdən öncə məhz Rusiya-Ukrayna münaqişəsinin dayandırmaq gücündə və iqtidarında olduğunu bildirmişdi. Eyni zamanda, hakimiyyətə gələcəyi təqdirdə, bunu mütləq şəkildə həyata keçirməsi üçün vacib addımlar atacağı barədə fikirlər səsləndirildi".

Bunu News24.az-a açıqlamasında Milli Məclisin deputatı Naqif Həmzəyev Trampın Rusiya-Ukrayna müharibəsini bitirəcəyini deyən ABŞ prezidenti Donald Trampın fikirlərini şərh edərkən deyib.

Deputat qeyd edib ki, Tramp andiçmə mərasimində də buna bənzər fikirləri dilə gətirib. 

"Sonradan da verdiyi açıqlamalardan məlum oldu ki, məhz bu, münaqişənin dayandırmaq üçün konkret planları var. Tramp Ukrayna prezidenti Zelenski ilə də bir sıra danışıqlar aparıb".

N.Həmzəyev əlavə edib ki, Trampın Putinlə də bu məsələ ilə bağlı danışmaq, daha sonra görüşmək niyyəti var. 

"Düşünürəm ki, tərəflər də müharibənin dayanmasını istəyir. Lakin tərəflər müəyyən mənada güzəştə getmək istəmirlər. Çünki kifayət qədər hər iki tərəfdən itkilər var, hər iki tərəflərin özlərinə görə arqumentləri var. Bu baxımdan, Trampın müəyyən güzəştlərə getməklə sülhün əldə edilməsinin vacibliyini aşılaya biləcək gücə malikdir”, - deyə o bildirib.

Deputat vurğulayıb ki, kompromis olmayacağı təqdirdə, sülhün əldə olunması çətin olacaq. 

Qeyd edək ki, ABŞ Prezidenti Donald Tramp Ukrayna üzrə xüsusi nümayəndəsi Kit Kelloqa Ukrayna münaqişəsini 100 gün ərzində başa çatdırmaqla bağlı tapşırıq verib.

Ətraflı videonu təqdim edirik:


Ağa Dadaşzadə


Seçilən
19
38
news24.az

10Mənbələr