AZ

Professor: "Tramp "Ətçəkənə daha çox ət" atmaq üçün Kiyevi qorxutmağa çalışır"

Professor:

Helsinki Universitetinin professoru Tuomas Malinen, ABŞ Prezidenti Donald Trampın yeni prezidentlik dövrünün ilk 100 günündə Ukraynadakı münaqişənin gərginləşməsini gözləmək lazım olduğunu bildirib. O, Trampın "təhlükə yaratma" yolunu seçdiyini vurğulayıb. “Ulusum”.az xəbər verir ki, professor bunu "GnS Economics" üçün yazısında bildirib.Malinen qeyd edib ki, Trampın Ukraynaya yanaşmasında məqsəd, Kiyevi qorxudaraq, Moskvanı uzadılmış münaqişəyə çəkməyə çalışmaqdır. Bu, daha əlverişli danışıqlar mühiti yaratmaq üçün nəzərdə tutulur. "Ukraynada Tramp, daha çox «əti» ət doğrayıcısına atmaq üçün Kiyevi qorxutmağa çalışır", – deyə Malinen bildirib.Professor həmçinin, Trampın administrasiyasının əsas geopolitik çağırışının dəyişən qlobal güc strukturlarını qəbul etmək olacağını qeyd edib. O, ABŞ-ın hərbi baxımdan zəiflədiyini və Rusiyanın Qərb müttəfiqləri tərəfindən təchiz olunmuş və təlim keçirilmiş iki Ukrayna ordusunu faktiki olaraq məğlub etdiyini vurğulayıb.Səidə

Diqqət Çəkənlər

Bakıda "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimat mərasimi gerçəkləşib

Depressiya və ya Birinci Məktubdan Öncə

Donald Tramp Baydenin prezidentliyi dövründəki məhkəmə təqibini "cəhənnəm" adlandırıb

Seçilən
8
5
ulusum.az

10Mənbələr