“Ulusum”.az xəbər verir ki, New York Times-ın məlumatına görə, Tramp administrasiyası transgender qadınların kişi həbsxanalarına köçürülməsi barədə qərar qəbul edib. Bu addım, Trampın LGBTQ+ hüquqları ilə bağlı əvvəlki siyasətlərini sərtləşdirmək istiqamətində atdığı bir addım kimi qiymətləndirilir. Yeni qaydalara əsasən, məhbusların cinsiyyət kimlikləri yox, bioloji cinslərinə görə yerləşdirilməsi nəzərdə tutulur. Sərəncama əsasən, həmçinin transgender məhbuslar üçün cinsiyyət dəyişdirmə ilə bağlı tibbi xidmətlərin göstərilməsi dayandırılacaq. Sənəddə qeyd edilir ki, "bioloji cinsiyyət reallığını aradan qaldırmaq cəhdləri qadınları ləyaqətdən, təhlükəsizlikdən və rifahdan məhrum edir və onlara zərər vurur."ABŞ Federal Həbsxana Bürosunun məlumatına görə, hazırda həbsxanalarda təxminən 1,500 transgender qadın saxlanılır. Onlar qadın həbsxanalarında məhkumların 15%-ni təşkil edir. Bu qərar transgender icmasının hüquqlarına dair yeni mübahisələrə səbəb olub.Səidə
Diqqət Çəkənlər
Bakıda "Çağdaş Dünya Rəssamları" adlı kataloqun təqdimat mərasimi gerçəkləşib
Depressiya və ya Birinci Məktubdan Öncə
Donald Tramp Baydenin prezidentliyi dövründəki məhkəmə təqibini "cəhənnəm" adlandırıb