Avropa İttifaqının 27 ölkəsinin daimi nümayəndələri ilə bu gün keçirilən iclasda gürcü diplomatları üçün vizasız rejimin dayandırılması qərarı təsdiqlənib.
Publika.az xəbər verir ki, bu barədə TASS-a icma ölkələrindən birinin Aİ Şurasındakı nümayəndə heyətinin mənbəsi məlumat verib.
"Daimi nümayəndələr bu gün səhər saatlarında Gürcüstanın diplomatik pasportları üçün vizasız rejimin dayandırılması qərarı ilə bağlı razılığa gəliblər", - deyə mənbə bildirib.
Diplomatın sözlərinə görə, bu qərar indi Aİ Şurası tərəfindən rəsmən təsdiqlənməlidir və bu, yanvarın 27-də 27 icma ölkəsinin xarici işlər nazirlərinin görüşü zamanı baş tuta bilər.
Xatırladaq ki, dekabrın 20-də Avropa Komissiyası rəsmi olaraq Gürcüstan rəsmiləri və diplomatları üçün vizasız rejimə son qoymağı təklif edib.