Aİ ölkələri yanvarın 27-də Aİ xarici işlər nazirlərinin iclasında Rusiyaya qarşı iqtisadi sanksiyaların uzadılması qərarına ümid edir.
Oxu24.com xəbər verir ki,bu barədə RİA Novosti yüksək səviyyəli Avropa mənbəsinə istinadən məlumat yayıb.
Yanvarın 24-də Aİ-yə üzv ölkələrin daimi nümayəndələri iclasda Rusiya Federasiyasına qarşı iqtisadi sanksiyaların uzadılması ilə bağlı müzakirələri yekunlaşdırıblar.
Bu yaxınlarda Macarıstanın baş naziri Viktor Orbanın Aİ ölkələrini anti-Rusiya sanksiyaları ilə bağlı mövqelərinə yenidən baxmağa çağırdığı bildirilir. O qeyd edib ki, Rusiyaya qarşı məhdudiyyətlər heç bir müsbət nəticə verməyib və Ukraynadakı vəziyyətə heç bir təsir göstərməyib.
Bundan əvvəl Avropa diplomatiyasının rəhbəri Rusiyaya qarşı sanksiyaların saxlanmasının lehinə çıxış edib.
Nigar