"Mançester Yunayted" "Çelsi"nin futbolçusu Kristofer Nkunku ilə maraqlanır.
QOL.az xəbər verir ki, bu barədə ESPN məlumat yayıb.
Mançester klubu təmsilçisinindən oyunçunun gələcəyi ilə bağlı bütün hadisələrdən xəbərdarlıq etməsini xahiş edib. Bildirilir, Fransalı oyunçu artıq bu ay "zadəganlar"ı tərk etməyə hazırdır. Nkunku ilə "Bavariya"nın da maraqlanması vurğulanır.
Qeyd edək ki, Kristofer Nkuku bu mövsüm "Çelsi"nin heyətində 28 matça çıxaraq 13 qol vurub və 4 qolun ötürməsini edib.