AZ

Faktiki hava durumu AÇIQLANDI

Azərbaycanda müşahidə edilən faktiki hava şəraiti açıqlanıb.

Bu barədə Demokrat.az Milli Hidrometeorologiya Xidmətinin məlumatına istinadən xəbər verir.

Bildirilib ki, yanvarın 25-də saat 9:00-a olan məlumatına görə, ölkə ərazisində hava şəraiti əsasən yağmursuz keçib. Lakin gecə saatlarında bəzi qərb rayonlarında arabir yağıntılı olub, dağlıq ərazilərdə qar yağıb.

Yağan qarın hündürlüyü Şahbuzda 5 sm, Daşkəsəndə 1 sm olub.

Sumqayıt, Qusar, Naftalan, Şəmkir, Qobustan, Yevlax, Zərdab və Sabirabadda duman müşahidə olunub. Dumanda görünüş 50-200 metrədək məhdudlaşıb.

Seçilən
18
3
demokrat.az

10Mənbələr