AZ

Türkiyədə bina uçdu: Dağıntılar altında qalan üç nəfər xilas edildi

Türkiyənin Konya vilayətində çökən üçmərtəbəli binada axtarış-xilasetmə işləri davam etdirilir.

"Cebheinfo.az" Türkiyənin Fövqəladə Halların İdarə Olunması Agentliyinə(AFAD) istinadən xəbər verir ki, xilasedicilər çökmə zamanı sağ qalan üç nəfəri dağıntıların altından sağ çıxara bilib.

Dağıntılar altından çıxarılan şəxslər xəstəxanaya yerləşdiriliblər.

Qeyd edək ki, sosial şəbəkədə AFAD əməkdaşı ilə dağıntılar altından xilas edilən şəxslərdən birinin dialoqunun videosu yayılıb.

01:36

"Ümumilikdə 200-dən artıq canlı qüvvə və 27 texniki vasitə yönləndirilib".

Bu sözləri Türkiyənin daxili işlər naziri Ali Yerlikaya Konya şəhərində yaşayış binasının çökməsi ilə bağlı mətbuata açıqlamasında bildirib.

Nazir çökmə ilə bağlı ilkin məlumatın saat 20:05-də daxil olduğunu, AFAD qruplarının saat 20:15-də hadisə yerinə çatdıqlarını deyib.

Konya valisi İbrahim Akın isə binada 5 nəfərin olduğu barədə məlumat aldıqlarını, başqa mənzillərdə sakinlərin olub-olmadığı ilə bağlı araşdırma apardıqlarını bildirib.

24 yanvar, 22:36

Türkiyənin Konya vilayətində üçmərtəbəli bina uçub.

Bu barədə "NTV" telekanalı məlumat yayıb.

Qeyd olunur ki, hadisə Selcuklu rayonunda qeydə alınıb. Hadisə yerinə xilasedicilər, polis və təcili tibbi yardım əməkdaşları cəlb olunublar.

Öz növbəsində, DHA agentliyi iki nəfərin xilas edildiyini, lakin daha bir neçə nəfərin dağıntılar altında ola biləcəyini bildirib.

Hazırda axtarış tədbirləri davam etdirilir.

"Cebheinfo.az"

Seçilən
14
18
cebheinfo.az

10Mənbələr