AZ

Qanunsuz saxlanılan silah-sursat aşkar olundu

Daxili İşlər Nazirliyinin əməkdaşları tərəfindən qanunsuz saxlanılan odlu silah-sursatın aşkar olunaraq götürülməsi istiqamətində əməliyyat və profilaktik tədbirlər davam etdirilir.Metbuat.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi (DİN) məlumat yayıb.

Bildirilib ki, yanvarın 24-də polis əməkdaşları paytaxt və respublikanın ayrı-ayrı rayonlarında 4 avtomat silahı, 10 tüfəng, 4 patron darağı və 453 ədəd müxtəlif çaplı patron aşkar edərək götürüblər.

Seçilən
18
50
metbuat.az

10Mənbələr