AZ

Azərbaycan süd və qaymaq idxalına çəkdiyi xərci 4 %-ə yaxın artırıb

2024-cü ildə Azərbaycan 15 min 466 ton süd və qaymaq idxal edilib.

“Report” Dövlət Gömrük Komitəsinə istinadən xəbər verir ki, bu, həcmdə süd və qaymağın dəyəri 24 milyon 780 min ABŞ dolları təşkil edib.

Bunlar, 2023-cü illə müqayisədə həcm baxımından 2 805 ton (22,1 %), dəyər baxımından isə 875 min (3,6 %) ABŞ dolları çoxdur.

Hesabat dövründə süd və qaymaq idxalına çəkilən xərc Azərbaycanın ümumi idxal xərclərinin 0,1 %-ni təşkil edib.

Xatırladaq ki, 2024-cü ildə Azərbaycan xarici ölkələrlə 47 milyard 612,1 milyon ABŞ dolları dəyərində ticarət əməliyyatı aparıb. Bu, 2023-cü ilə nisbətən 7 % azdır.

Xarici ticarət dövriyyəsinin 26 milyard 554,1 milyon ABŞ dolları ixracın, 21 milyard 58 milyon ABŞ dolları isə idxalın payına düşüb. Son 1 ildə ixrac 21,7 % azalıb, idxal isə 21,8 % artıb.

Son nəticədə xarici ticarətdə 5 milyard 496 milyon dollarlıq müsbət saldo yaranıb. Bu da illik müqayisədə 3 dəfə azdır.

Seçilən
10
32
report.az

10Mənbələr