Ajans.az xəbər verir ki, bu haqda Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qəza zamanı yeni quraşdırılmış işıqfor yararsız vəziyyətə düşüb. Mərkəzin əməkdaşları hadisə yerindədir və yol hərəkəti iştirakçılarının təhlükəsizliyini təmin etmək üçün qısa zamanda yeni işıqforun quraşdırılması işlərinə başlanılacaq.