Bakıda yol qəzası olub, işıqfor yararsız vəziyyətə düşüb.
Publika.az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi məlumat yayıb.
Qeyd olunub ki, yol-nəqliyyat hadisəsi paytaxtın Xətai rayonu, 8 Noyabr prospekti, “Asiman” şadlıq sarayının qarşısında baş verib.
Qəza zamanı yeni quraşdırılmış işıqfor yararsız vəziyyətə düşüb.