AZ

Pit Heqset Pentaqonun yeni rəhbəri kimi and içdi

Bakı. Trend:

ABŞ vitse-prezidenti Ceyms Devid Vens, Pit Heqseti Pentaqonunmüdafiə naziri vəzifəsinə rəsmən and içdirib.

Trend-inməlumatına görə, Ağ Evin açıqlamasında vitse-prezident, Heqsetindöyüş əməliyyatlarında iştirak edən hərbçilər arasında qazandığıhörməti xüsusi qeyd edib.

Xatırladaq ki, ABŞ Senatı cümə günü Heqsetin namizədliyinitəsdiqləyib. Səsvermədə səslərin bərabərliyi səbəbindən,vitse-prezident Vens öz səsvermə hüququndan istifadə edib.

Heqset, Tramp administrasiyasının dövründə ABŞ SilahlıQüvvələrinin Arktika və Alyaskaya prioritet diqqət göstərəcəyinivurğulayıb. NATO ölkələrində nüvə silahlarının mövcudluğununqorunmasının vacibliyini qeyd edən Heqset, bunun ABŞ-nin Avropadakımüttəfiqləri ilə əlaqələrinin əsasını təşkil etdiyini bildirib.Onun fikrincə, Rusiya, Çin, İran və Şimali Koreya kimi ölkələrABŞ-nin qlobal təsirini zəiflətməyə çalışır.

Seçilən
50
14
az.trend.az

10Mənbələr