1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.
Baku TV-nin "Global Panorama" verilişinin yeni buraxılışı yayımlanıb.
Oxu.Az xəbər verir ki, verilişin budəfəki sayında 2025-ci ilin "Konstitusiya və Suverenlik İli" elan edilməsinin əhəmiyyətindən danışılıb.
Vurğulanıb ki, Prezident İlham Əliyev bununla bağlı sərəncamı bu il Konstitusiyamızın qəbul edilməsinin 30-cu və Vətən müharibəsindəki qələbəmizin 5-ci ildönümü olduğunu nəzərə alaraq imzalayıb.
Qeyd edilib ki, hər bir ölkədə olduğu kimi, Azərbaycanda da Konstitusiya dövlətin müstəqilliyini və suverenliyini təmin etmək üçün əsas sənəd kimi çıxış edir, həm ictimai-siyasi, həm də sosial-iqtisadi sistemlərin əsasını təşkil edir, vətəndaşlarının hüquq və azadlıqlarına təminat verir. Bu baxımdan, "Konstitusiya və Suverenlik İli" təşəbbüsü hüquqi bazanın daha da möhkəmləndirilməsinə, dövlət idarəetməsində şəffaflığı artırmağa yönəlmiş strateji addım kimi qiymətləndirilməlidir.
O da bildirilib ki, Azərbaycanın konstitusiya hüquqlarının işğaldan azad edilmiş ərazilərdə tətbiq edilməsi xüsusi əhəmiyyət kəsb edir: "Bu, həmin ərazilərdə Azərbaycan qanunlarının işləməsi, dövlət qurumlarının fəaliyyətinin təşkil olunması ilə həyata keçirilir. Dövlətin bərpa etdiyi hüquqi çərçivə, əhalinin hüquq və azadlıqlarının qorunması, insanların sosial xidmətlərlə təmin olunması və iqtisadi inkişaf üçün hüquqi şərait yaradır".
Ətraflı videomaterialda: