KXDR yanvarın 25-də sualtı bazalaşdırma və qurudakı hədəflərə zərbə endirmək üçün nəzərdə tutulmuş strateji qanadlı idarə olunan raketin uğurlu sınağını keçirib.
Modern.az xəbər verir ki, bu barədə Koreya Mərkəzi Teleqraf Agentliyi (KMTA) məlumat yayıb.
Bildirilib ki, buraxılışı ölkə lideri Kim Çen In müşahidə edib.
Buraxılmış raketlər təxminən 7,5 min saniyə ərzində 1,5 min kilometr məsafə qət edərək hədəfləri vurub. Beləliklə, orta uçuş sürəti 720 km/saat təşkil edib. KMTA qeyd edib ki, sınaq qonşu ölkələrin təhlükəsizliyinə təsir göstərməyib.
Agentliyin məlumatına görə, sınaqlar “regiondakı dəyişən təhlükəsizlik vəziyyətinə uyğun olaraq potensial düşmənlərin strateji çəkindirmə effektivliyini artırmağa yönəlmiş dövlət müdafiə qabiliyyətinin qurulması planı”nın bir hissəsi olub.
Kim Çen In vurğulayıb ki, Pxenyan “müharibəni qabaqlayan vasitələri” təkmilləşdirməyə davam edəcək. O əlavə edib: “Biz bundan sonra da gücləndirilmiş hərbi qüvvələr əsasında uzunmüddətli və daimi sülh və sabitliyin qorunması üçün mühüm missiya və vəzifələrimizi məsuliyyətlə yerinə yetirəcəyik”.