"Kanada tamamilə ABŞ-dən asılıdır və buna görə də suveren dövlət ola bilməz".
"Cebheinfo.az" xəbər verir ki, bunu ABŞ Prezidenti Donald Tramp mətbuat xidmətinin jurnalistləri ilə söhbətində bildirib.
Onun sözlərinə görə, ABŞ hər il Kanadada 250 milyard dollar itirir:
"Mən bunu bir gündə dayandıra bilərdim və Kanada ölkə kimi mövcud olmazdı",
Tramp iddia edib ki, Kanada ABŞ-dən illər boyu öz xeyrinə istifadə edib. "Biz bunun baş verməsinə imkan verməyəcəyik. Bizim subsidiyalarımız olmasa, Kanada həqiqətən də mövcud olmaz", - ABŞ Prezidenti əlavə edib.
Xəzər
"Cebheinfo.az"