Türkiyəli aktrisa Meltem Miraloğlu, "Həyat Davam edir" serialı ilə məşhurluq qazandıqdan sonra şəxsi həyatı ilə tez-tez gündəmə gəlib. Aktrisanın son illərdəki həyat tərzi və dəyişiklikləri isə sosial mediada müzakirələrə səbəb olub.
Meltem Miraloğlunun, 2019-cu ildə özündən 48 yaş böyük amerikalı Patrik Qreydi ilə evlənərək ABŞ-a köçməsi böyük maraq doğurmuşdu. Lakin bu evlilik uzun sürmədi və boşandıqdan sonra aktrisa İllinoys ştatından ayrılaraq Nyu Cersiyə köçüb.
Miraloğlunun hazırda bir supermarketdə kassir işlədiyi məlum olub.Bununla yanaşı, aktrisa əlavə olaraq ev təmizliyinə gedərək dolanışığını təmin edir.
Aktrisanın ABŞ-a köçərək tamam fərqli bir həyat tərzini seçməsi sosial media istifadəçiləri arasında müzakirə doğurub. Onun bu qərarları haqqında hələ ki, heç bir rəsmi açıqlama verilməyib.