AZ

Lukaşenko 87,6% səslə seçkilərdə qalib gəldi - Yenilənib

Belarus Gənclər Təşkilatları Komitəsinin exit-pollunun nəticələrinə görə, Belarusun hazırkı Prezidenti Aleksandr Lukaşenko 87,6% səslə prezident seçkilərində qalib gəlib...

***

"Belarusda seçicilərin 50 %-dən çoxu prezident seçkisində səs verib, seçki baş tutub".

Milli.Az xəbər verir ki, bu barədə respublikanın Mərkəzi Seçki Komissiyası (MSK) xəbər verib.

Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.

 

“Report” xəbər verir ki, bu barədə MSK sədrinin müavini Aleksey Başan bildirib.

Son məlumata görə, seçici iştirakı 56,64 % təşkil edib.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.

2020-ci il prezident seçkilərində seçici fəallığı 84,28 faiz təşkil edib ki, bunun da 41,70 faizi vaxtından əvvəl səs verib. Həmin vaxt səsvermədə iştirak edən seçicilərin 80,10 %-i A.Lukaşenkoya səs verib.

***

Belarusun hazırkı prezidenti Aleksandr Lukaşenko prezident seçkilərində səs verib.

APA xəbər verir ki, bu barədə yerli mətbuat məlumat yayıb.

Məlumata görə, respublika rəhbəri Minskin Mərkəzi Dairəsinin 1 saylı seçki məntəqəsində səs verib.

TASS-ın məlumatına görə, Lukaşenko səs verməyə iti ilə gəlib. O, jurnalistlərlə bir neçə kəlmə danışıb, seçki komissiyasının üzvlərinə gül dəstəsi təqdim edib.

***

Belarusda prezident seçkiləri ilə bağlı 5,3 mindən çox seçki məntəqəsi işə başlayıb.

“Report”un xəbərinə görə, bu barədə respublika Mərkəzi Seçki Komissiyası (MSK) məlumat yayıb.

Komissiya qeyd edib ki, 6,9 milyon Belarus seçicisi 5 325 seçki məntəqəsində səs verə biləcək ki, onlardan 207-si xəstəxana, sanatoriya, istirahət evləri və digər müvəqqəti yaşayış yerlərində, 12-si isə hərbi hissələrdə təşkil olunub. Səsvermə yerli vaxtla saat 20:00-da başa çatacaq.

Seçici siyahılarına daxil edilmiş seçicilərin yarıdan çoxu iştirak etdikdə seçkilər baş tutmuş sayılır. Mərkəzi Seçki Komissiyasının məlumatına görə, yanvarın 21-dən 25-dək keçirilən erkən səsvermədə seçicilərin 41,81 faizi iştirak edib. Səsvermədə iştirak edən vətəndaşların yarıdan çoxu hansı namizədə səs versə, prezident seçilmiş sayılır. Kampaniyanı 44 000-dən çox yerli və 500 nəfərə yaxın beynəlxalq müşahidəçi izləyir.

Hazırkı dövlət başçısı Aleksandr Lukaşenkonun rəqibləri Liberal Demokrat Partiyasının sədri Oleq Qaydukeviç, sahibkar Anna Kanopatskaya, Kommunist Partiyası Mərkəzi Komitəsinin birinci katibi Sergey Sırankov və Əmək və Ədalət Respublika Partiyasının sədri Aleksandr Xindyardır.

2020-ci il prezident seçkilərində seçici fəallığı 84,28 faiz təşkil edib ki, bunun da 41,70 faizi vaxtından əvvəl səs verib. Həmin vaxt səsvermədə iştirak edən seçicilərin 80,10 %-i A.Lukaşenkoya səs verib.

Poliqon.info

Seçilən
20
13
poliqon.info

10Mənbələr