AZ

Türkiyədə yanan hotelin sahibi yanğında işçilərini günahlandırdı

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



Türkiyənin Bolu şəhərindəki Kartalkaya dağ-xizək kurortunda yerləşən "Grand Kartal" hotelinin sahibi Halit Ergül 78 nəfərin ölümü ilə nəticələnən yanğında hotel işçilərini təqsirləndirib.
Oxu.Az xəbər verir ki, bu barədə Türkiyənin "Karar" nəşri məlumat yayıb.
Ergül prokurorluqda və məhkəmədə dindirilərkən məsuliyyəti mətbəxdəki elektrik cihazlarının vəziyyətinə cavabdeh olan aşpaz və mətbəx işçiləri, mühafizəçilər və yanğın siqnalizasiya düymələrini idarə edən elektrik ustasının üzərinə qoyub.
Qeyd olunur ki, hoteldə yanğın restoran zonasında başlayıb, yanğın nərdivanı isə tüstünü yuxarı mərtəbələrə qaldıran baca funksiyasını yerinə yetirib. Ölənlərin əksəriyyətinin dəm qazından zəhərlənərək öldüyü müəyyən edilib. Hadisə zamanı binada yanğın siqnalizasiyası və tüstüdən təmizləmə sistemi işləməyib.
İstintaq çərçivəsində 15 nəfər saxlanılıb. Bolu bələdiyyə sədrinin müavini, yanğınsöndürmə xidmətinə məsul şəxs, rəis müavini və yanğınsöndürmə xidmətinin əməkdaşları məhkəmə qarşısına çıxacaq.
Xatırladaq ki, yanvarın 21-nə keçən gecə Boluda istirahət mərkəzində güclü yanğın baş verib.
Seçilən
17
32
oxu.az

10Mənbələr