İsrail ordusu geri çəkilir
İsrail ordusu Qəzza zolağı sakinlərinin yerli vaxtla səhər saat 07:00-da cənubdan şimala keçə biləcəklərini açıqlayıb.
Reyting.az xəbər verir ki, İsrail ordusunun sözçüsü Aviçay Adraee “X” hesabındakı paylaşımında fələstinlilərin Qəzza zolağının qərb sahilindəki Əl-Rəşid küçəsi ilə Netzarim dəhlizindən şimala piyada keçə biləcəklərini qeyd edib.
Adraee yazıb ki, yerli vaxtla saat 09:00-dan Səlahəddin küçəsi üzərindən nəzarəti keçdikdən sonra nəqliyyat vasitələri Qəzza zolağının şimalına doğru hərəkət edə biləcəklər.
Adraee əlavə edib ki, İsrail ordusu bufer zonaya doğru geri çəkiləcək.
ELÇİN