AZ

Paşinyan bunu təsadüfən demədi, həyata keçirəcək - Manukyan

Ermənistanın Baş naziri Nikol Paşinyan bu dəfə “erməni soyqırımı” məsələsini gündəmdən çıxarmağa çalışır.

Teleqraf.com xəbər verir ki, bunu Ermənistan parlamentinin deputatı Qeqam Manukyan deyib.

“Nikolunerməni soyqırımı (qondarma – red.) ilə bağlı açıqlaması təsadüfi deyil. O, həmişə qəbuledilməz və rədd edilə bilən ideyaları ortaya atır, sonra müzakirələr nəticəsində bunlar həyata keçən nöqteyi-nəzərə çevrilir”, - siyasətçi bildirib

Xatırladaq ki, Paşinyan bundan əvvəl İsveçrədə erməni icması ilə görüşündə qondarma soyqırımı məsələsindən danışıb.

Ermənistan rəhbəri çıxışında dolayı yolla ermənilərin tarixi saxtakarlığa yol verdiklərini etiraf edib:

“Nə baş verdiyini və niyə baş verdiyini anlamaq lazımdır. Bəs biz bunu necə qavradıq, kimin vasitəsilə qavradıq? Necə oldu ki, 1939-cu ildə erməni soyqırımı gündəmi yox idi və necə oldu ki, 1950-ci ildə erməni soyqırımı gündəmi yarandı? Necə oldu, başa düşməliyik”.


Müəllif: Mənsur Rəğbətoğlu
Seçilən
13
16
teleqraf.com

10Mənbələr