AZ

" Əvvəlki illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb" - Kamran Əliyev

Hesabat dövründə Baş Prokurorluğun İstintaq idarəsi tərəfindən 27 cinayət işinin ibtidai istintaqı aparılmaqla baxılması üçün məhkəmələrə göndərilib.

Teleqraf.com xəbər verir ki, bu sözləri Baş prokuror Kamran Əliyev kollegiya iclasında deyib.

O bildirib ki, 2024-cü ildə daxili işlər, dövlət təhlükəsizliyi və ədliyyə orqanları ilə birgə keçirilmiş peşəkar istintaq-əməliyyat tədbirləri ilə ötən illərdən bağlı qalmış 6 qəsdən adam öldürmə cinayətinin üstü açılıb.

"1 may 2020-ci il tarixdən hazıradək isə əvvəlki illərdən bağlı qalmış qeyri-aşkar şəraitdə törədilmiş ümumilikdə 43 qəsdən adam öldürmə cinayəti açılıb. Həmin işlərdən 35-i məhkəməyə göndərib (31-i üzrə ittiham hökmü çıxarılıb) 3 işin icraatına cinayət məsuliyyətinə cəlb etmə müddəti keçdiyinə görə xitam verilib, digərləri isə hazırda məhkəmə baxışındadır", - deyə Baş prokuror söyləyib.


Müəllif: Teleqraf.com
Seçilən
27
50
teleqraf.com

10Mənbələr