Pakistanın Pəncab əyalətinin Multan şəhərində mayeləşdirilmiş qaz daşıyan avtosisternin partlaması nəticəsində azı 6 nəfər həlak olub, 30-dan çox insan yaralanıb.
News365.az xəbər verir ki, bu barədə “Geo” telekanalı məlumat yayıb.
Məlumata görə, hadisə yanvarın 27-si səhər saatlarında baş verib.
Partlayışa səbəb avtosisternin klapanlarından birindən qaz sızması olub. Partlayış nəticəsində güclü yanğın və dağıntılar meydana gəlib.
Qeyd edilib ki, bir neçə saatlıq işdən sonra yanğın söndürülüb. Hadisə nəticəsində bir azyaşlı qız da daxil olmaqla 6 nəfər həlak olub. Yaralananlardan 13-nün vəziyyəti ağırdır. Partlayış yerinin ətrafında azı 20 ev tamamilə məhv olub, daha 70-i qismən zədələnib.