Olaylar.az xəbər verir ki, bu barədə RİA Novosti Mərkəzi Bankın məlumatlarına istinadən xəbər verir.
Adambaşına düşən borcun səviyyəsi 2005-ci ildən bəri ilk dəfə iki min dollardan aşağı düşüb. Adambaşına 8,7 faiz azalaraq 1987 dollar olub. Müqayisə üçün qeyd edək ki, 20 il əvvəl bu rəqəm 1802 dollar idi.
Son bir neçə il ərzində aşağı düşür: məsələn, 2019-cu ildə bu rəqəm 3349 dollar, 2023-cü ildə isə 2175 dollar olub.
Mərkəzi Bankın daha əvvəl qeyd etdiyi kimi, 2025-ci il yanvarın 1-nə Rusiyanın xarici borcu 27,49 milyard dollar azalıb. İlin əvvəlinə Rusiya Federasiyasının xarici borcunun həcmi 8,7 faiz azalaraq 290,4 milyard dollar təşkil edib. Müqayisə üçün qeyd edək ki, 2024-cü il yanvarın əvvəlində Rusiyanın xarici borcu 317,89 milyard təşkil edib.