AZ

Frank De Blekerdən Qurban Qurbanovun etirazına CAVAB

1 iyul 2024-cü ildən etibarən Oxu.az mobil tətbiqinin köhnə versiyasına dəstək dayandırılacaq - yenilənmiş versiyanı endirmək üçün Google Play və ya AppStore-a keçməyiniz xahiş olunur.



AFFA Hakimlər Komitəsinin sədri Frank De Blekere Azərbaycan Premyer Liqasının XX turunda keçirilmiş "Qarabağ" - "Turan Tovuz" oyunundakı mübahisəli epizodla bağlı fikirlərini bölüşüb.
Oxu.Az xəbər verir ki, 58 yaşlı mütəxəssis qarşılaşmanın 89-cu dəqiqəsində Tovuz təmsilçisinin vurduğu qolla bağlı danışıb.
"Turan Tovuz"un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top "Turan Tovuz"un oyunçusu Kauan Martinsin önünə düşür və o, fərqlənir. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınıb".
Qeyd edək ki, "Turan Tovuz" rəqibini 2:1 hesabı ilə məğlub edib.
Seçilən
20
50
oxu.az

10Mənbələr