AZ

Qurbanovun şikayət etdiyi epizoda AFFA-dan reaksiya

AFFA Hakimlər Komitəsinin sədri Frank De Bleker Azərbaycan Premyer Liqasının XX turunda keçirilən "Qarabağ"-"Turan Tovuz" oyunundakı mübahisəli epizodu şərh edib.

Olaylar.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.

De Bleker qonaqların 90-cı dəqiqədə vurduğu ilk qol epizodunda qayda pozununtusunun olmadığını deyib:

"Turan Tovuz"un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. "Qarabağ"ın qapıçısı Şahrudin Məhəmmədəliyev topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top "Turan Tovuz"un 40 nömrəli oyunçusu Kauan Martinsin önünə düşür və o, qol vurur. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu - qapıçı ilə mübarizə və ya kontaktın olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınır".

Qeyd edək ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov oyundan sonra təşkil olunan mətbuat konfransında matçın idarəçiliyindən şikayət etmişdi. Görüş "Turan Tovuz"un qələbəsi ilə yekunlaşıb - 2:1.

Təklifinizi, şikayətinizi bizə yazın. Sizi dinlərik. 055 634 88 31
Seçilən
17
2
olaylar.az

10Mənbələr