"Football-plus.az" xəbər verir ki, mütəxəssis həmin epizodu belə deyərləndirib:
"90-cı dəqiqə: Hesaba alınan qol. “Turan Tovuz”un futbolçusu künc zərbəsindən topu qapı qarşısına ötürür. “Qarabağ”ın qapıçısı (Şahrudin Məhəmmədəliyev) topa çıxır və yumruğu ilə onu uzaqlaşdırır. Top “Turan Tovuz”un 40 nömrəli oyunçusunun (Kauan Martins) önünə düşür və o, qol vurur. VAR-da görüntülər izlənildikdən sonra qapıçının tarazlığını pozan heç bir qayda pozuntusu (qapıçı ilə mübarizə/kontakt) olmadığı görünür. Qol qaydalar çərçivəsində vurulduğu üçün hesaba alınır".
Xatırladaq ki, "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov sözügedən epizodda qaydanın pozulduğunu bildirib və hakimləri məsuliyyətli olmağa çağırıb.