AZ

“Trampla Putin diplomatik oyun oynayırlar” - “Tramp Ukraynanın rolunu çox da nəzərə almır”

Artıq yeddi gündür ki, ABŞ Prezidenti Donald Trampla Rusiya lideri Vladimir Putin Ukraynada müharibəyə son qoyulması üçün üzbəüz və bəlkə də Ukrayna tərəfinin iştirakı olmadan görüş tələb olunduğuna dair bəyanatlar və eyhamlar mübadiləsi aparmaqla diplomatik oyun oynayırlar. 

“AzPolitika” xəbər verir ki, “The New York Times”-da dərc edilən məqalədə belə deyilir.

Qəzet yazır ki, Trampın ilk prezidentliyi dövründə çoxlu spekulyasiyalara səbəb olan Tramp-Putin münasibətləri yenidən diqqət mərkəzinə düşüb: “Ancaq bu dəfə vəziyyət fərqli kontekstdədir. Keçən həftə Tramp xüsusilə sərt çıxış edərək, Putinin “Rusiyanı məhv etdiyini” dedi və Rusiyanı danışıqlara razı olmasa, sanksiyalar və tariflərlə hədələdi. Bu cür bəyanatlar ABŞ və Rusiya arasında ticarətin minimal həcmini nəzərə alaraq məhdud təsir göstərsə də, ritorikanın dəyişdiyini nümayiş etdirir.

Putin də öz növbəsində sakit və ehtiyatlı cavab verib. O, Trampla razılaşaraq bildirib ki, onun prezidentliyi dövründə Rusiya Ukraynaya hücum etməzdi. Putin də danışıqlara hazır olduğunu təsdiq edərək, iki dövlət arasında dialoqun bərpasını təklif edib. Onların arasında söhbət hələ baş tutmasa da, Tramp “Air Force One” təyyarəsində jurnalistlərə telefon danışığının “yaxın gələcəkdə baş tutacağını” deyib. Eyni zamanda, hər iki tərəf danışıqların təkcə Ukraynadakı müharibəni deyil, digər qlobal problemləri də əhatə edə biləcəyinə dair siqnallar verir. Xüsusilə, söhbət nüvə silahlarına nəzarət üzrə danışıqların bərpasından gedir. Çünki ABŞ və Rusiya arasında əsas müqavilənin müddəti bir ildən sonra başa çatır.

Görünür, Tramp sülhməramlı imicini möhkəmləndirmək istəyir. İkinci Dünya Müharibəsindən sonra Avropada ən böyük müharibəni bitirmək onun siyasi kampaniyasında istifadə edə biləcəyi mühüm nailiyyət olardı. Eyni zamanda, “Ukraynasız Ukrayna haqqında heç nə” prinsipinə sadiq qalan sələfi Co Baydendən fərqli olaraq, Tramp Ukraynanın rolunu çox da nəzərə almır.

Rusiyalı ekspert Stiven Sestanoviç bununla bağlı deyib: “Putinin ən çox istədiyi odur ki, saziş yalnız Rusiya və ABŞ arasında bağlansın”.

Putin açıq şəkildə bildirdi ki, Rusiya danışıqlara hazırdır, ancaq öz şərtləri ilə. Onların arasında Rusiyanın hazırda işğal etdiyi Ukrayna ərazisinin təxminən 20%-nə nəzarəti saxlamaq, Ukraynanı NATO üzvlüyündən tam imtinası və onun hərbi potensialını məhdudlaşdırmaq var.

Eyni zamanda, Putin ABŞ ilə xüsusilə strateji sabitlik və silahlara nəzarət kimi sahələrdə əməkdaşlıqda maraqlı olduğunu bildirib.

Geniş danışıqlara dəvət onu göstərir ki, Putin Trampın sərt ritorikasına baxmayaraq, ona stavka etməkdə davam edir. Bununla belə, Rusiya rəsmiləri bu danışıqların mümkün uğursuzluğuna hazırlaşaraq, ABŞ-ni şeytan kimi təqdim etməyə davam edirlər.

Danışıqlar üzrə ekspert Vendy Şerman deyib ki, Tramp administrasiyası ciddi çağırışlara hazır olmalıdır: “Putin mümkün qədər çox ərazi güzəştlərinə, Ukraynanın NATO-dan imtinasına və Avropada Qərbin nüvə silahlarının olmamasına çalışacaq”.

“AzPolitika.info”

Seçilən
16
50
azpolitika.info

10Mənbələr