“Fənərbağça” Anderson Taliskanın transferini açıqlayıb.
Futbolpress.az xəbər verir ki, 30 yaşlı vingerlə 1,5 illik müqavilə imzalanacaq. Klubun mətbuat xidməti yeni transferin gəlişini belə elan edib:
“Futbolçu sağlamlığının yoxlanılması və gələcək transfer danışıqları üçün İstanbula dəvət olunub. Biz bunu ictimaiyyətə təqdim edəcəyik”.
Braziliyalı futbolçunun sonuncu klubu “Əl-Nəsr” olub. O, Səudiyyə Ərəbistanı təmsilçisinin heyətində bu mövsüm meydana çıxdığı 19 görüşdə 8 qol vurub.
Xatırladaq ki, Taliska 2016/18-ci illərdə “Beşiktaş”ın formasını geyib.